banner
banner

Sosİal

Bu şəxslər maaşları qədər pensiya alacaq

Bu şəxslər maaşları qədər pensiya alacaq

“Əmək pensiyaları haqqında” Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur.

Bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına, hakimlərə, deputatlara və müharibə əlillərinə şamil edilir.

Maaşın 100 faizi həcmində pensiya alan kateqoriyalar

Hərbi xidmət və ya xüsusi qulluq vəzifələrini yerinə yetirərkən xəsarət alması və ya xəstələnməsi nəticəsində I qrup əlilliyi müəyyən olunmuş hərbi və xüsusi rütbəli şəxslərə pensiya onların xidmətdən azad edildiyi günə olan təminat xərcliyinin tam həcmində hesablanır.

Məhkəmə hakimləri haqqında normativ aktlara əsasən, səlahiyyət müddətində sağlamlıq vəziyyətinə görə vəzifədən azad olunan və ya yaş həddinə çataraq istefaya çıxan hakimlər üçün saxlanılan əməkhaqqı əsasında tam həcmdə ödəniş nəzərdə tutulur.

Maaşın 80 faizi həcmində pensiya alan kateqoriyalar

Tələb olunan minimum qulluq stajını toplayaraq pensiyaya çıxan dövlət qulluqçularının qulluq stajına görə əlavələrlə birgə pensiyası onların orta aylıq əməkhaqqının maksimum bu həddində tənzimlənir.

Milli Məclisin sabiq deputatları, İnsan Hüquqları üzrə Müvəkkil, Mərkəzi Seçki Komissiyasının və Audit Palatasının üzvləri üçün ödənilən qulluq stajı əlavələri də vəzifə maaşının 80 faizi həddini keçməmək şartilə müəyyənləşdirilir.

Qanunla müəyyən edilmiş uzunmüddətli xidmət illərini tamamlayan hərbi qulluqçuların, prokurorluq və digər hüquq-mühafizə orqanları əməkdaşlarının pensiyaları qulluq stajından asılı olaraq təminat xərcliyinin 80 faizinədək artırılır.

Hərbi xidmət və ya müharibə ilə əlaqədar II qrup əlilliyi təyin olunmuş şəxslərin pensiya təminatı da sonuncu təminat xərcliyinin 80 faizi miqdarında hesablanır./Yeni Sabah



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq

Oktyabrın 21-də saat 08:00-dan etibarən Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində - Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

Bakıda sabah bu avtobuslar PULSUZ OLACAQ - RƏSMİ

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə “Sabah” futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq.

DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.

Sabah Azərbaycanda pensiyalar tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar.