banner
banner

Gündəm

Eldar Əzizov gələcək haqqında...

Eldar Əzizov gələcək haqqında...

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

Bu barədə Musavat.com-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün Prezident İlham Əliyevin son tarixi çıxışlarının yaratdığı təəssürat altındayıq.

O vurğulayıb ki, dövlət başçısının bu çıxışlarını sadəcə bəyanatlar kimi qiymətləndirmək olmaz. Çünki mahiyyət etibarilə həmin çıxışlar dünənin və bugünün reallıqlarını özündə əks etdirən, gələcəyə ünvanlanmış mühüm tarixi mesajlardır.

“Bu çıxışlarda Qarabağ məsələsinin Azərbaycan xalqı tərəfindən müstəqil şəkildə həll edildiyi birmənalı olaraq bəyan olundu. Azərbaycan kimi bir dövlətin tam müstəqil siyasi kurs həyata keçirməsi bütün dünyaya əyani şəkildə göstərildi. Bu da tarixi nöqteyi nəzərdən çox vacibdir. Əminəm ki, bu çıxışlar elmi dərinlik baxımından gələcəkdə saysız tarixi-elmi dissertasiyaya mövzu olacaq” - Eldar Əzizov qeyd edib.

Müşavirə zamanı paytaxtda aparılan abadlıq-quruculuq işləri, kommunal xidmətlərin fəaliyyəti, sanitar-təmizlik vəziyyəti və yaşıllaşdırma ilə bağlı cari məsələlər də müzakirə olunub.

Həmçinin kommunal xidmət sahələrinin rəhbərlərinin qış mövsümünə hazırlıq işlərinin gedişi barədə hesabatları dinlənilib.

Müşavirənin yekununda görülən işlərin sürətləndirilməsi və qarşıya qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO

Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayevanın və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyevanın üçtərəfli görüşü olub.

Mətbuat Şurasından Türkiyənin media qurumlarına ÇAĞIRIŞ

“Azərbaycan Mətbuat Şurası Türkiyənin bir sıra media resurslarında və sosial şəbəkə platformalarında ölkəmizə qarşı yayılan qərəzli məlumatları, təhrif olunmuş materialları və ictimai rəyin manipulyasiyasına yönəlmiş kampaniyaları ciddi narahatlıqla izləyir”.

Bu məlumatları yayanlar işini itirə bilər – Rəsmi

Əmək Məcəlləsinə edilən son dəyişikliklərlə dövlət və kommersiya sirri ilə yanaşı, vergi sirrinin yayılması və ya onun qorunması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi də əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Dəyişiklik işçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas yarada bilən halların əhatəsini genişləndirir.

Gələn il dünyada qıtlıq olacaq

Birləşmiş Millətlər Təşkilatının ("BMT") Əməliyyat Xidmətləri İdarəsinin (UNOPS) rəhbəri və BMT-nin məsələ üzrə məsul rəsmisi Xorxe Moreyra da Silva Yaxın Şərqdə artan gərginlik fonunda dünya ərzaq təhlükəsizliyi ilə bağlı kritik xəbərdarlıqla çıxış edib.

Baş nazirdən MÜHÜM QƏRAR – 400 manatlıq güzəşt

Nazirlər Kabineti 8 fevral 2020-ci il tarixli qərarla təsdiq edilmiş "Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası"na dəyişikliklər edib.