Yaponiya sahillərindən cənub-şərqdə 5,6 bal gücündə zəlzələ baş verib. Barədə ABŞ Geoloji xidməti (USGS) xəbər yayıb. Titrəyişlər bazar günü UTC vaxtı ilə 23:25 (Bakı vaxtı ilə saat 04.25)-də baş verib. Zəlzələnin episentri Hatidzedzima adasından 316 kilometr aralıdadır. Yeraltı təkanlar 18 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin mümkün qurbanları və ya sunami təhlükəsinin olması barədə məlumat verilmir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.