Satışda kəpək əleyhinə bir çox şampun və digər vasitələr olsa da, onların çoxu istənilən nəticəni vermir. Ancaq kəpəkdən xilas olmaq imkansız deyil. Çünki evdə asanlıqla hazırlaya biləcəyiniz kəpək maskasıyla qısa zamanda kəpəksiz və sağlam saçlara qovuşa bilərsiniz. Məsələn, duz maskası bu problemin çözümü ola bilər. Odur ki, duz maskasının faydalaırnı və tətbiq edilmə üsullarını araşdırıb. Məlum olub ki, duz kristalları təbii skrab kimi təsir edərək dəridəki artıq yağ və ölü dəri hüceyrələrini təmizləyir. Beləliklə, şampunun dəriyə daha yaxşı nüfuz etməsini və daha effektli olmasını təmin edir. Ona görə də, kəpək əleyhinə şampunu istifadə etməzdən öncə 3 xörək qaşığı duzla islaq və ya quru saç diblərini masaj edin. 2-3 dəqiqə gözləyib, saçları durulayın, daha sonra isə kəpək əleyhinə olan şampunla saçınızı yuyun
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.