banner
banner

Sağlamlıq

Lobya və mərcinin kimlərə təhlükəli olduğu açıqlandı

Lobya və mərcinin kimlərə təhlükəli olduğu açıqlandı

Lobya və mərci ürək qan damar sistemi üçün çox faydalıdır. Elmi tədqiqatlar sübut edib ki, həftə ərzində qidasında lobya, mərci olan insanlarda yüksək təzyiq, ürəyin işemiyası, infarkt, damarların tutulması riski 10% azdır. Eləcə də onlar piylənmədən əziyyət çəkmir.

Hurriyyet.az Cia.Az-a istinadən bildirir ki, bununla belə, bəzi insanlara paxlalı bitkilər olduqca zərərlidir. Rusiyalı dietoloq-endokrinoloq Yelena Şetinina bu barədə danışıb.

"Sidik turşusu yüksək olanda və podaqra olan insanlara rasionundan paxlalıları xaric etməyi məsləhət görürük. Çünki bu qidalar turşu səviyyəsini artırır və xəstəliyi şiddətləndirir".

Həkim həmçinin mədə-bağırsaq traktının patologiyası olanlara paxlalı bitkiləri məsləhət görməyib.

"Yəni, paxlalı bitkiləri yalnız xəstəliyin kəskinləşməsi olmadığı dövrdə yemək olar", - deyə Şetinina əlavə edib.

Qeyd edək ki, alimlər rasiona paxlalı bitkiləri əlavə etməyin ömrü orta hesabla 10 il uzatdığını bildiriblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.