Qab yuyan kimi getdiyi ölkədə - bələdiyyə sədri seçildi
İngiltərədə Mühafizəkarlar Partiyasının türk əsilli namizədi yerli seçkilərdə qələbə qazanıb. Mehmet Qayqusuz adlı namizəd 7 rəqibini ötərək Sankt Albans bələdiyyə sədri seçilib. Türkiyənin Gümüşhane bölgəsində anadan olan Mehmet 1972-ci ildə İngiltərəyə köçüb. Orada pul qazanmaq üçün qab yuyan və qarson kimi çalışmış Qayqusuz illər sonra vəzifəyə gəlib. O, 25 min 500 əhalisi olan qəsəbədə restoran açıb. Türk vətəndaş daha sonra Maurin adlı İngiltərə vatandaşıyla evlənərək ikili vətəndaşlıq haqqı əldə edib. 2 uşağı olan Qayqusuz 2006-cı ildə Sankt Albans Bələdiyyə Məclis Üzlüyünə seçilib və bir müddət bu vəzifədə çalışıb. İngiltərədə 7 maydakı ümumi seçkilərdə uğur qazanan Mehmet bələdiyyə sədri olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.