İran aviaşirkətləri 1995-ci ildən bəri ilk dəfə 15 təyyarə alıb. Ölkəyə qarşı aviasiya texnikasının və ehtiyat hissələrin idxalına qarşı qərb ölkələrinin sanksiyaları tətbiq ediləndən bəri ilk dəfədir ki, belə qərar verilib. Sanksiya 2014-cü ilin əvvəllərində ləğv edilib. Bundan başqa İran ehtiyat hissələrə sərf ediləcək iki təyyarə alıb. İran nəqliyyat nazirinin sözlərinə görə, bu təyyarələr istifadəyə yararlı deyil və onlardan ehtiyat hissələr kimi istifadə olunacaq. Təyyarələr (onların yarıdan çoxu Airbus A320) 2003-cü ildən sonra istehsal olunub. Qeyd edilir ki, ən yaxın 10 il ərzində hava flotunu yeniləmək üçün ölkəyə 400-500 təyyarə lazımdır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.