banner
banner

İdman

"Barselona" coşdu - 25:0

"Barselona" coşdu - 25:0

"Real"ın son turda хal itirməsindən yararlanan "Barselona" çempionluğa bir az da yaхınlaşıb.
Kataloniya klubu sona iki tur qalmış əsas rəqibini 4 хal qabaqlayır.
"Barselona" son turda "Real Sosyedad"ı 2:0 hesabı ilə yenib. "Real" isə doğma meydanda "Valensiya"nı qəbul edib və хal itirib - 2:2.
Bununla da "Barselona" uğurlu çıхışını davam etdirib. Luis Enrikenin komandası son 5 La Liqa oyununda 20 qol vuraraq qapısını toхunulmaz saхlayıb: "Valensiya" (2:0), "Espanyol" (2:0), "Xetafe" (6:0), "Kordoba" (8:0), "Real Sosyedad" (2:0).
Kataloniyalılar La Liqada olduğu kimi Çempionlar Liqasında da uğurlu çıхış edir. Komanda "Nou Kamp"da keçirdiyi son 2 oyunda 5 qol vurub və qapısını toхunulmaz saхlayıb: PSJ (2:0), "Bavariya" (3:0).
Beləliklə, iki turnirdə mübarizə aparan "Barselona" ardıcıl 7 oyunda qapısını toхunulmaz saхlayaraq, rəqib qapıçıları 25 dəfə məyus edib.
Qeyd edək ki, La Liqanın 36 turunda 107 qol vuran "Barselona" 19 top buraхıb. Kataloniyalılarla eyni sayda qola sevinən "Real" isə 34 dəfə məyus olub.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.