ABŞ-ın Nebraska ştatında xüsusi rejimli həbsxanada baş vermiş iğtişaş nəticəsində 2 nəfər ölüb.
İnsident mayın 10-da qeydə alınıb.
Dustaqlar həbsxana ərazisində bir neçə binanın zəbt etsə də, polis etirazçıları sıxışdırıb çıxarmağa və asayişi bərpa etməyə müvəffəq olub. İğtişaş zamanı həbsxanada güclü yanğının baş verdiyi qeyd edilir. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.