Avropa Komissiyası Afrikadan gələn kütləvi miqrasiya ilə əlaqədar “fövqəladə hallarda davranış mexanizmi”ni işə salmağa hazırdır. Almaniyanın “Die Welt” qəzeti yazır ki, mövcud problemin həlli üçün iki çıxış yolu - Nigerdə qaçqınların qəbulu mərkəzinin inşası və Avropaya gələn miqrantlar üçün kvotaların tətbiqi təklif olunur. Nigerdə mərkəzin pilot layihəsinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulur. Avropa Komissiyası yeni mərkəzdən Avropa ərazisinə keçməmiş miqrantlara məsləhət verilməsi üçün istifadə olunmasını planlaşdırır. Bu isə miqrantların gələcək inteqrasiyasını yüngülləşdirəcək. Avropa Komissiyası miqrantlar üçün kvotaları müxtəlif dövlətlər tərəfindən təqdim edilən ümumdaxili məhsulun həcmi, əhalinin sayı, işsizliyin səviyyəsi, habelə bu ölkələrə əvvəllər sığınacaq üçün müraciət etmiş miqrantların sayı və s. göstəricilər əsasında müəyyənləşdirəcək. Müvafiq sənədin ictimaiyyətə açıqlanması mayın 13-də nəzərdə tutulur. Lakin sənəddən çıxarışlar “Welt am Sonntag” qəzetinin əlinə düşüb. Brüsseldə bildirilir ki, Avropa Komissiyasının təklif etdiyi tədbirlər qanunsuz miqrasiya probleminin aradan qaldırılmasında “Aİ-yə üzv dövlətlərinin ədalətli və balanslı iştirakı”na yönəlib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.