banner
banner

Dünya

“Gürcüstan alyansa daha da yaxınlaşıb”:- NATO baş katibi

“Gürcüstan alyansa daha da yaxınlaşıb”:-
NATO baş katibi Yens Stoltenberq Gürcüstanla alyansın yaxınlaşması yolunda tərəqqi əldə edildiyini bildirib. Musavat.com-un gürcü qaynaqlarına istinadən verdiyi xəbərə görə, Brüsseldə prezident Georgi Marqvelaşvili ilə görüşdən sonra baş katib deyib ki, Gürcüstan getdikcə NATO-ya daha çox yaxınlaşır.
“Biz bu istiqamətdə sizinlə işlərimizin davamını gözləyirik” – qeyd edib Stoltenberq. 
Lakin o, Gürcüstanın alyansa qəbulu ilə bağlı konkret tarix söyləməyib. Eyni zamanda gürcü liderini ölkədə demokratik islahatları dərinləşdirməyə, o sırada hüquqi dövlətlə bağlı məsələlərdə islahatları davam etdirməyə çağırıb. 
Baş katib bir daha bildirib ki, alyansın genişləndirilməsi haqda qərarı müstəsna olaraq onun üzvləri qəbul edir və üçüncü ölkələr bu prosesə qarışa bilməz.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.