Gürcüstanın müdafiə naziri: “Hökumət risklərdən yayınmağa çalışır“
"Gürcüstan hökuməti Ukraynadakı hərbi əməliyyatlarla bağlı risklərdən yayınmağa borcludur".
Cia.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, bunu müdafiə naziri Cuanşer Burçuladze deyib.
O qeyd edib ki, hökumət hər gün beynəlxalq institutlarla sanksiyalarla bağlı öz siyasətini müzakirə edir:
“Baş nazir və komandamızın bəyan etdiyi siyasət Gürcüstanın qayğısına qalmaqdır, diqqətimiz vətəndaşlarımıza və ölkəmizə yönəlib. Ölkəmizlə bağlı müşayiət oluna biləcək hər hansı riskdən yayınmağ borcluyuq. Sanksiyalara və nələrin baş verə biləcəyinə gəlincə, əlbəttə, beynəlxalq qurumlarla hər gün ölkəmizə nələrin təsir edə biləcəyini müzakirə və müvafiq qərar qəbul edirik”.
Eyni zamanda, Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Ukraynaya humanitar yardımın göndərilməsini dövlət təşkil edir: “Bir təyyarə göndərilib, ikincisi hazırdır”.
Müdafiə naziri vurğulayıb ki, yaxın vaxtlarda təhlükəsizlik doktrinası üzərində iş başa çatdırılacaq və sənəd Təhlükəsizlik Şurasına təqdim olunacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.