"Hazırda üsyançıların nəzarəti altında olan Donetsk hava limanı geri qaytarılacaq" Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk hava limanının geri alınması uğrunda döyüşlər haqqında çəkilmiş "Aeroport" sənədli filminin təqdimatında bəyan edib. "Mən şübhə etmirəm ki, biz hava limanını azad edəcəyik, çünki bu, bizim torpağımızdır. Və biz hava limanını yenidən bərpa edəcəyik", - deyə Pyotr Poroşenko biildirib. Qeyd edək ki, 2015-ci illin əvvəllərində Donetsk aeroportu uğrunda separatçılarla Ukrayna ordusu arasında qanlı döyüşlər getmişdi. Ordu separatçıların çoxlu hücumunu dəf etsə də sonda geri çəkilməyə məcbur olmuşdu.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.