banner
banner

Sağlamlıq

Məşhurlar stressdən necə qurtulur? - YOLLARI

Məşhurlar stressdən necə qurtulur? -

Gündəlik həyatda qarşılaşdığımız problemlər, stresslər həyat keyfiyyətimizi aşağı salır. Halbuki stress yaradan səbəblərdən asanlıqla xilas olmaq mümkündür. Məsələn, idman etmək, hobbi ilə məşğul olmaq, musiqi dinləmək, əylənmək stressdən qurtulmağa kömək edir. Bəs məşhurlar stresslə necə baş edirlər?

Ancelina Coli: “Yerdə oturub meditasiya etmək, uşaqlarımla hamamda çimmək çox rahatladır məni. Sevdiyiniz, sizi xoşbəxt edən bir şey etməlisiz”.

Kendal Jenner: “Stressdən xilas olmaq üçün musiqi dinləyir, ya da bacım Kourtney ilə danışıram. Mənə meditasiya etməyi öyrədir”.

Arnold Şvartsneqqer: “Stress atmağın ən yaxşı yolu idmandır. Həm bədəni, həm də zehni gücləndirir”.

Rassel Brend: “Çoxlu meditasiya edirəm. Dincəlməyə və sakitləşməyə kömək edir”.

Kristina Riçi: “Musiqinin səsini yüksəldib itlərimlə rəqs edirəm”.

Madonna: “Stressdən xilas olmaq üçün çoxlu qışqırıram. Bəzi hallarda isə sakit qala bilirəm”.

Bred Pit: “Uşaq ikən maraqlandığınız məsələlər illər sonra belə, sizi rahatladır. Bağda gəzib yeni nələr edə bilərəm deyə düşünürəm”.

Quines Paltrou: “Stressə qalib gəlməyi elə də bacarmıram. Bir üsulun olmasını arzulayardım”.

Keyt Uinslet: “Hər şeyi əvvəldən planlaşdırıram. Uşaqları kim məktəbə aparıb gətirəcək və s. Hər birini də kağızlara yazıb soyuducunun üzərinə yapışdırıram”.

Mişel Obama: “Özümü stressli hiss edəndə “iPod”umu da götürüb idmana, ya da velosiped sürməyə gedirəm”.

Viggo Mortensen: “Hər saatı yavaş-yavaş planlayaraq yaşasaq, əslində, çox şeyi sürətli edə bilərik”.

Goldie Haun: “Stress zehnimizdə yaratdığımız bir şeydir. Fikir və zehnimizi dəyişməliyik”.

Keanu Reeves: “Pul mənim üçün heç bir məna kəsb etmir. Çox pul qazanıb, həyatdan zövq ala bilmirəmsə, heç bir əhəmiyyəti yoxdur. Pula görə stressə girmirəm. Çox xeyir işlərə pul verir, oteldən otelə köçməklə yaşayıram. Sağlamlıq və xoşbəxtlik hər şeydən vacibdir”.

Brooke Şields: “Özümü başqaları ilə müqayisə etməyə başlayanda zəiflədiyimi hiss edirəm. Bunu tərgidəndə isə çox möhtəşəm həyatım olur”.

Kelli Klarkson: “Allah heç vaxt öhdəsindən gələ bilməyəcəyiniz bir çətinlik verməz. Ona görə narahat olmayın”.

David Linç: “Həyatda qarşılaşdığımız şeylər bizi öldürə bilər, stress, ya depressiyaya sala bilər. Metaldan hazırlanmış pencək geyinirmiş kimi davranın. Parıldamağa və problemlərdən uzaqlaşmağa başlayarsız”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.