Moskva meriyası qətlə yetirilmiş müxalifyönlü siyasətçi Boris Nemtsovun xatirənin əbədiləşdirilməsi haqqında Dövlət Dumasının deputatı Dmitri Qudkovun təklifini rədd edib. D.Qudkov şəhər rəhbərliyinə siyasətçinin xatirə lövhəsinin vurulmasını, Böyük Moskva çayı körpüsünə onun adının verilməsini, yaxud yeni küçələrdən birinin onun adına adlandırılmasını təklif edib. Deputatın sorğusuna hakimiyyətin cavabı belə olub: "İctimai xadimlərin adlarının təşkilatlara və paytaxt obyektlərinə verilməsi onların ölümü günündən beş il sonra edilə bilər." Xatırladaq ki, siyasətçi Boris Nemtsov bu il fevralın 28-də Böyük Moskva çayı körpüsündə Moskvanın mərkəzində güllələnib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.