“Metro və avtobusda maska taxın” - TƏBİB-dən çağırış
Azərbaycanda yeni tədris ilinin başlanması səbəbindən ictimai nəqliyyatda sıxlıq müşahidə edilir. Son günlər metro və avtobuslarda yaranan basabas koronavirusa yoluxma riskini yenidən artırır. Hazırda ölkədə epidemioloji vəziyyət nisbətən sabit olsa da, payızda yoluxma hallarının artması istisna edilmir.
Belə olan halda hansı qabaqlayıcı addımlar atılmalıdır?
Bu barədə Modern.az-a danışan TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib ki, avtobus və metrolarda sıxlığın olması, bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların tibbi maska taxmaması virusun geniş yayılmasına zəmin yaradır.
Həkim vurğulayıb ki, dövlət qurumları ictimai nəqliyyatda müşahidə edilən sıxlığın aradan qaldırılması üçün müvafiq addımlar atmalıdırlar.
Qapalı yerlərdə tibbi maska tələbinin yenidən tətbiqinə gəlincə, TƏBİB nümayəndəsi hazırda bu məsələnin gündəmdə olmadığını söyləyib.
Bundan əlavə, Vasif Əliyev vətəndaşları ictimai nəqliyyatda virusdan qorunmaq üçün maska taxmağa çağırıb: “Hazırkı vəziyyətlə əlaqədar maskadan məcburi istifadənin yenidən tətbiq ediləcəyini düşünmürəm. Əlbəttə, yoluxma sayında artım olacağı təqdirdə belə qərar qəbul edilə bilər. Təbii ki, yoluxma sayının artmaması üçün vətəndaşlar ehtiyatlı davransınlar. Yaxşı olar ki, ictimai nəqliyyatda mümkün qədər tibbi maskadan istifadə edilsin”.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.