Ölkə prezidenti öz doğma bibisini zəhərləyib. Şimali Koreya liderinin öz doğma qohumunu öldürtməsi ilə bağlı yeni fakt tapılıb. Pxenyandakı yaxınların zərər gəlməsindən qorxaraq adını gizlədən və şərti olaraq özünü "Park" adlandıran məmur Şimali Koreya liderinin bibisini ötən ilin may ayaında zəhərlədiyini deyib. Kim Çen Inın bibisi Kim Çen Huini zəhərləməsini ancaq qurduğu "Birlik 974" mühafizəçiləri bilib. "Hadisə ötən il mayın 5-6-da baş verib. Amma artıq yüksək rütbəlilər də bunu Kim Çen Inın etdirdiyini bilir". Məlumata görə, atasının ölümündən sonra iqtidara gələn Kim Çen Inın bibisinin ailəsi ilə problemi olub. O, Janq Sonq Taeki güllələdib. Ərini öldürəndən sonra lider bibisinə də rəhm etməyib. Qadının keçən il öldüyü bildirilsə də, ölüm səbəbi kimi infarkt və ya intihar göstərilmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.