ABŞ-ın Missuri ştatının Ferqüson şəhərində polislə etirazçılar arasında yeni iğtişaşlar baş verib. Yerli telekanalların verdiyi xəbərə görə, Ferqüson küçələrindən birində 200 nəfərin toplaşıb, bir neçə nəfər isə vandalizm hərəkətləri etməyə başlayıb.
Aksiya iştirakçılarının toplanmasına bir neçə ay əvvəl polis tərəfindən öldürülən qaradərili gənc Maykl Braunun memorialının naməlum şəxslər tərəfindən yandırılması əsas verib. Etirazçılar polisin dağılışmaq barədə göstərişinə daş və butulkalar atmaqla cavab verib. İğtişaşlar zamanı azı 5 nəfər həbs olunub, 2 polis əməkdaşı isə xəsarət alıb.
Avqustun 10-da qaradərili gəncin ağdərili polis tərəfindən güllələnərək öldürülməsi Ferqüson şəhərində etiraz aksiyalarının başlamasına səbəb olmuş, iğtişaşlar zamanı onlarla etirazçı və polis xəsarət almışdı.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.