Mənə elə gəlir ki, bizim sənədimiz, təklif etdiyimiz “sülh formulu” artıq çoxlu sayda dövlət tərəfindən dəstəklənib.
Cia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Biz fevralın 23-də müvafiq qətnamənin səsə qoyulacağı zaman onlardan bizim təşəbbüslərimizi dəstəkləyəcəklərini gözləyirik. Birləşmiş Millətlər Təşkilatının iclasında bir mövqenin olması vacibdir", - Zelenski bildirib.
Qeyd edək ki, Kiyev administrasiyası ölkənin ərazi bütövlüyü və suverenliyinə əsaslanan 10 maddəlik sülh formulu irəli sürüb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.