banner
banner

Dünya

Kuba ABŞ-a səfir yollayır

Kuba ABŞ-a səfir yollayır

Kubanın prezidenti Raul Kastro mayın 29-dan sonra ABŞ səfir təyin edə biləcəklərini deyib. Ölkəsində rəsmi səfərdə olan Fransa prezidenti Fransua Ollandı yola salan Kastro jurnalistlərə açıqlamada bu barədə danışıb. Ölkə başçısı qarşılıqlı səfir təyinatından sonra iki ölkə arasında diplomatik münasibətlərin yaranacağını deyib. Münasibətlərin normallaşmasının ayrı bir mövzu olduğunu deyən Kastro şərtini də açıqlayıb. 
“Bütün bunların ola bilməsi üçün embarqo ləğv olunmalı, Quantanamo bazası da geri qaytarılmalıdır”.
Avropa Birliyi ilə Kuba münasibətlərindən də danışan Kastro tərəflər arasında keçiriləcək dialoqla bağlı iyunda Brüsseldə iclas keçiriləcəyini bildirdi. Bu mövzuyla əılaqədar AB ölkələri arasında fikir ayrılığı olduğunu deyən Kastro bu vəziyyətin düzələcəyinə ümid etdiyini bildirib. 

Ağ ev aprelin 14-də açıqlama verərək ABŞ prezidenti Barak Obamanın, Kubanın terrora dəstək verən ölkələr siyahısından çıxarılması barədə hesabatı Konqresə göndərdiyini bildirib. Bu qərarın qüvvəyə minməsi üçün isə 45 gün vaxt keçməlidir. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.