Qatar relsdən çıxdı: 5 ölü, 50 yaralı var -FOTO, VİDEO
Amerika Birləşmiş Ştatlarında (ABŞ) Qatar qəzası yaşanıb. Paytaxt Vaşinqtondan Nyu-York istiqamətində hərəkətdə olan qatarın təxminən səkkiz-on vaqonunun relsdən çıxması ilə nəticələnən qəza hadisəsi baş verib. Bu barədə yerli NBC telekanalı xəbər yayıb. Xəbərdə bildirilir ki, qəza zamanı 5 nəfər dünyasını dəyişib, ən azı 50 nəfər xəsarət alıb. Hökumət nümayəndələrinin sözlərinə görə, qatarda 240 nəfər var imiş. Hazırda qəza yerində xilasedicilərin işlədiyi vurğulanır. Onlar vaqonlarda olan digər sərnişinlərin təxliyyəsinə çalışırlar. Qeyd edək ki, qəza zamanı qatarda olan sərnişinlərdən biri də sabiq konqresmen Peatrik Merfi olub. O, tvitter səhifəsində qəadan çəkdiyi görüntünü paylaşıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.