Ərdoğan məhkəməyə verildi: “Prezidentliyi ləğv edilsin”
Barış və Demokratiya Partiyasının (BDP) vəkilləri Konstitusiya Məhkəməsinə müraciət edərək, tərəfsizlik prinsipini pozulduğuna görə Rəcəb Tayyib Ərdoğanın prezident vəzifəsinin əlindən alınmasını tələb edib.
Vəkillər Ərdoğanın vəzifəsindən uzaqlaşdırılması və ya prezident vəzifəsinin ləğv olunmasında israrlıdırlar. Məhkəməyə göndərilən məktubda prezident atdığı addımlar ilə demokratiya prinsiplərinə zərər vurmaqda günahlandırılır: “Rəcəb Tayyib Ərdoğan prezident qismində də olsa mühakiməni və siyasi həyatı demokratiya adına təhlükəli bir şəkildə davam etdirməkdədir. Buna da kimsə qarşı çıxa bilmir. Bunun hüquq dövlətdə yeri yoxdur. Özünü xəlifə kimi göstərən və bu məqsədini gizlətməyən bir prezidentin bu hərəkətlərinin qarşısının alınması lazımdır. Bunu da Konstitusiya Məhkəməsi edə bilər”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.