banner
banner

İdman

Finalda "El Klasiko" baş tutacaq?

Finalda "El Klasiko" baş tutacaq?

Bu gün Çempionlar Liqasında yarımfinal mərhəlsinə yekun vurulacaq. 
Bu gecə baş tutacaq matçda ikinci finalçı müəyyənləşəcək.
Gecənin yeganə oyununda "Real" "Yuventus"u qəbul edəcək. "Santyaqo Bernabeu" stadionunda baş tutacaq matçda ədaləti isveçli FIFA referisi Yonas Eriksson qoruyacaq.
Komandalar arasında bir həftə əvvəl Turində baş tutan oyunda "Yuventus" qələbə qazanıb - 2:1. "Real" səfərdə vurduğu bir qola görə evdə 1:0 hesablı qələbə qazanmaqla mərhələ adlaya bilər.

Qeyd edək ki, ilk finalçı ötən aхşam müəyyənləşib. "Bavariya"nı mübarizədən kənarlaşdıran "Barselona" həlledici matça vəsiqə qazanıb (3:0, 2:3).

Çempionlar Liqası
1/2 final
Cavab oyunu

13 may
23.45 Real (İspaniya) - Yuventus (İtaliya)
İlk oyun - 1:2.
Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Varnmark, Daniel Qustavsson (İsveç).
Əlavə köməkçi hakimlər: Martin Stromberqsson, Markus Stromberqsson (İsveç).
Madrid. "Santyaqo Bernabeu" stadionu.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.