banner
banner

Dünya

Kabildə otelə hücum: 5 ölü, 5 yaralı

Kabildə otelə hücum:

Əfqanıstanda naməlum silahlı qrup otellərdən birinə hücum təşkil edib. 
Əfqanıstanın paytaxtı Kabildə “Park Palace” adlı mehmanxanaya edilən silahlı hücum nəticəsində 5 nəfər ölüb, beş nəfərin isə xəsarət aldığı bildirilir. 
“Kolulopoştə bölgəsindəki Park Palas mehmanxanasından silah səsləri eşidildi. Əraziyə yollanan təhlükəsizlik əməkdaşları mehmanxanada əməliyyat keçiriblər. Bütün nömrələrə baxılıb. Naməlum şəxslərin müştərilərə qarşı silahlı hücum etdiyi deyilir”, – deyə Kabil polis rəisi Abdul Rahman Rahimi jurmalistlərə verdiyi açıqlamada səsləndirib.

Rahimi hadisə zamanı ölənlərin şəxsiyyətinin hələlik bilinmədiyini desə də, lakin bəzi mənbələrə görə ölən 5 nəfərdən biri ABŞ-lı, ikisi hind, biri isə əfqan olub. 

Qeyd edək ki, mehmanxanada aparılan 6 saatlıq əməliyyat zamanı girov götürülən 54 nəfər xilas edilib, silahlı şəxslər zərərsizləşdirilib. 



Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.