banner
banner

Sağlamlıq

Əhaliyə ŞOK XƏBƏRDARLIQ: Koronavirus "sürprizlər" edəcək

Əhaliyə ŞOK XƏBƏRDARLIQ: Koronavirus "sürprizlər" edəcək
 

"COVID-19 sürprizlər etməyə davam edəcək".

Cia.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniya hökumətinin köməkçi sağlamlıq müşaviri Dr. Thomas Waite deyib.

O, koronavirusun hələ də mövsümi davranış nümayiş etdirmədiyini və digər qış xəstəliklərindən daha gözlənilməz bir gedişat yaşandığını söyləyib. Həkim əhalini qrip və koronavirus əleyhinə peyvənd olmağa çağırıb.

Qeyd edək ki, keçən həftə İngiltərədə koronavirusa yolxuma faktı həftəlik yüzdə 14 artımla yay aylarının ən yüksək həddinə çatıb. Lakin ekspertlər qeyd ediblər ki, bu artım payız aylarında gözlənilən mövsümi dalğanın hələ başlaması demək deyil.

Hökumətin məlumatlarına görə, keçən il İngiltərədə qrip peyvəndi sayəsində təxminən 25 min adamın xəstəxanaya müraciətinin qarşısı alınıb. Digər tərəfdən, məlumatlar keçən qış qripin 14 min əlavə ölümə səbəb olduğunu ortaya qoyur. COVID-19 isə keçən qış ölkədə on mindən çox insanın həyatına son qoyub.

Musavat.com 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.