banner
banner

İdman

Gənc şahmatçımız dünya çempionu oldu

Gənc şahmatçımız dünya çempionu oldu

Gəncədən olan gənc şahmatçı Leyla Budaqova Tailandın Patayya şəhərində məktəblilər arasında keçirilmiş şahmat üzrə dünya çempionatında qızıl medal qazanıb.
7 yaşından 17 yaşınadək kateqoriyada klassik şahmat üzrə yarışlarda istedadlı şahmatçımız axırıncı turda qara fiqurlarla Altunay Kuzxamkulovaya (Qazaxıstan) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yeri gəlmişkən, Leyla iki qızıl medalla evə qayıdır. O, həm də öz yaş qrupunda blits-turnirin qalibi olub. Mayın 11-də standart şahmatdan kənar istirahət günü Tailandda məktəblilər arasında blits üzrə dünya çempionatı olub.
Gəncə şahmatçısı yeddi oyunda 6 qələbə qazanaraq 17 yaşınadək olan idmançılar arasında birinci olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.