Amerikanın Milli Kosmik Agentliyi NASA insanların Marsda məskunlaşması üçün müsabiqə elan edib. Müsabiqədə iştirak edənlər insanların qırmızı planetdə məskunlaşması üçün ən yaxşı ideyalarını təqdim etməlidirlər. Qaliblərə mükafat olaraq 5 min dollar veriləcək. Ümumi mükafat fondu isə 15 min dollardır.
Müsabiqə çərçivəsində NASA-nı ilk növbədə Marsda yaşayış - yemək, su, nəfəs almaq üçün hava, kommunikasiya və tibb üçün lazım olan texnologiyalar maraqlandırır. Müsabiqə iştirakçıları həmçinin insanların Yerdən asılılığını minimuma endirmək haqqında da düşünməlidirlər.
Qeyd edək ki, NASA-nin rəhbəri Çarlz Bolden mayın 5-də Vaşinqtonda keçirilən Beynəlxalq kosmik konfransda bildirib ki, amerikalı kosmonavtların Marsa ilk uçuşu 2030-cu ildə nəzərdə tutulub. Elə həmin gün kosmik agentlik bütün arzu edənlərə qırmızı planetdə məskunlaşma haqqında ideyaları ilə bölüşməyi də təklif edərək müsabiqə haqqınad məlumat verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.