17 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli arasında telefon danışığı baş tutub.
XİN-dən Cia.az-a verilən xəbərə görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyinin perspektivləri, habelə mövcud regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı durumu müzakirə olunub.
Nazir Ceyhun Bayramov, bölgədəki mövcud vəziyyət barədə ətraflı məlumat verərək, Qarabağ bölgəsində tərəfimizdən aparılan lokal anti-terror tədbirləri nəticəsində regionda sülh quruculuğu və sabitliyə davamlı təhdid törədən qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulduğunu bildirib.
Ərazilərimizdəki qeyri-qanuni silahlı qüvvələrin tərksilah edilməsi nəticəsində erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası prosesinin qarşısında duran maneələrin aradan qaldırıldığı, bu xüsusda, Azərbaycan Hökumətinin erməni sakinlərin sosial, humanitar, infrastruktur ilə bağlı ehtiyaclarının qarşılanması istiqamətində yerli erməni sakinlərin nümayəndələri ilə təmasda olduğu, bu istiqamətdə baxış və planlarımızın açıqlandığı və sözügedən planların həyata keçirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov, həmçinin 30 ilə yaxın davam edən münaqişənin bitməsi, habelə bölgədə sülh və təhlükəsizliyə real təhdid olan erməni silahlı qüvvələrin aradan qaldırılmasından sonra sülh üçün yaranmış tarixi imkanlara xələl gətirən, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı yönələn addımların sülh səylərinə töhfə vermədiyi, bu xüsusda beynəlxalq ictimaiyyətin konstruktiv yanaşmasının hərzamankından daha vacib olduğu qeyd edilib.
Dövlət katibi Ceyms Kleverli, bölgədə sülh və etimad quruculuğu səylərinin davam etdirilməsinin, bu xüsusda Azərbaycan və Ermənistan arasında sülh və normallaşma gündəliyi üzrə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Telefon danışığı gedişatında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.
“Prezidentimizlə görüşdə demək istəyib dilə gətirə bilmədiyim bircə o idi ki, Allah bu torpaqlar uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Mən öz oğlumdan ayırmamışam o igidlərin heç birini. Hər biri mənim balamdır”.
Prezident İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib.
İran prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Müctəba Xamenei ilə bu yaxınlarda bir araya gəldiyini və onunla iki saat yarım davam edən söhbət apardığını bildirib.
"Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Ermənistanın Baş naziri Nikol Paşinyan "Avropa Siyasi Birliyi"nin (ASB) İrəvanda keçirilən sammitində videobağlantı formatında iştirak etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni ilə geniş tərkibdə görüşü olub