banner
banner

Dünya

Rusiyalı jurnalist Çeçenistandan qaçıb

Rusiyalı jurnalist Çeçenistandan qaçıb
Rusiyalı jurnalisti Yelena Milaşina təhlükəsizliyinə görə mayın 14-də Çeçenistandan çıxıb. O, yeniyetmə bir qızın özündən qat-qat yaşlı polis zabitinə ərə verildiyi barədə yazmışdı.
Milaşinanın yazdığına görə, yerli polis başçısı Nazhud Guchigov evlidir və qızın ailəsini hədələyib ki, qızı ona verməsələr, təzyiqlə üzləşə bilərlər.
Milaşinanın işlədiyi mətbuat orqanı –  Novaya Gazeta bildirib ki, jurnalist bu evlənmə hekayəti barədə araşdırma apardığından polis tərəfindən xəbərdarlıq alıb.
Çeçenistan rəhbəri Ramzan Kadırov polis zabitinin 17 yaşlı qıza və ailəsinə təzyiq göstərmədiyini deyib və nikahı dəstəkləyib.
“Qızın ailəsi bu izdivaca xeyir-dua verib,” o, Instagram hesabında yazıb.
Rusiya qanunvericiliyi çoxarvadlılığı, qız qaçırılması və erkən nikahları qadağan edir. Ancaq Kadırov Çeçenistanda bütün bunlara göz yumur
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.