Dünyanın ən kasıb prezidenti olan Uruqvay prezidenti Joze Muxikanın 1987-ci il istehsalı olan avtomobilinə bir ərəb şeyxi 1 milyon dollar təklif edib.
CİA.Az dünya mətbuatına istinadən xəbər verir ki, Muxica Boliviya paytaxtı Santa Kruzdakı Zirvə toplantısında edilən 1 milyon dollarlıq təklifi üç ayaqlı iti Manuelanı baytara aparmaq eden avtomobilə ehtiyacı olduğu üçün qəbul etməyib. Xalq arasında "Pepe" kimi tanınan Muxika əgər gələcəkdə avtomobilini satarsa, pulunu yoxsul ailələrə ev tikdirmək üçün istifadə edəcəyini bildirib.
"Dünyanın ən yoxsul prezidenti" kimi tanınan Muxika 2010-cu ildə 1800 dollar sərvəti olduğunu açıqlayıb. O, 12 min dollarlıq maaşının çox hissəsini yoxsullara paylayır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.