Topaz Premyer Liqasında XXXIV tura start verilib. İlk oyun günündə bir matç baş tutub. Günün yeganə oyununda "Simurq" "Bakı"nı qəbul edib. Zaqatala klubu rəqibini darmadağın edib - 4:0. Draqan Çeranın dubl edib, İdan Vaytsman və Rəşad Eyyubov hərəyə bir qol vurub. Komandaların bu mövsüm bundan əvvəl keçirdiyi 3 oyundan ikisində "Simurq" (5:2, 3:0), birində "Bakı" 1:0 qalib gəlib. Qeyd edək ki, tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq. "Qəbələ" "İnter"i, "Qarabağ" "Sumqayıt"ı, "Xəzər Lənkəran" AZAL-ı qəbul edəcək. "Neftçi" isə bu turda istirahət edəcək.
Premyer Liqa 2014/15 mövsümü IV dövrə, XXXIV tur
15 may Simurq - Bakı 4:0 Qollar: Draqan Çeran, 28; 80. İdan Vaytsman, 37. Rəşad Eyyubov, 84.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.