İngiltərənin "Çelsi" klubu rəsmi saytı Braziliyanın "Atletiko Paranaense" klubu ilə Natanın transferində razılığa gəldiyini açıqlayıb. 19 yaşlı braziliyalı oyunçu iyulun 1-də yeni komandasına qoşulacaq. Artıq tibbi baxışdan keçmiş və müqavilə şərtlərini razılaşdırmış hücumameyilli yarımmüdafiəçi bu haqda danışıb: "İngiltərə çempionu "Çelsi"yə qoşulacağımdan çox şadam. Ümid edirəm ki, mən burda çox şey öyrənəcəyəm və oyunumu inkişaf etdirəcəyəm". Qeyd edək ki, tam adı Natan Allan de Souza olan futbolçu Braziliyanı 17 və 20 yaşadək yığmalarda təmsil edib. O, 2013-cü ildə U-17-lər arasındakı dünya çempionatında 5 oyuna 5 qol vurub və həmin turnirin rəmzi komandasında yer alıb. Xatırladaq ki, onun gəlişi ilə braziliyalıların sayı komandada 5-ə çatıb. Müdafiəçi Filipe Luis, yarımmüdafiəçilər - Ramires, Oskar və Villian da onun həmyerliləridir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.