Türkiyənin sabiq nəqliyyat naziri, hazırda prezident Rəcəb Tayyib Ərdoğanın siyasət məsələləri üzrə baş müşaviri olan Binali Yıldırımın evinə oğrular girib. Hadisə Yıldırımın, Ankaranın Kazan rayonunda 1 akr torpaq ərazidə tikdirdiyi 1 otaqlı evdə baş verib. Ətrafdan diqqəti cəlb etməmək üçün həyətə yük maşını ilə girən oğrular evin qapısını sındıraraq içəridən əsasən mebel və məişət əşyalarını aparıblar. Bildirilir ki, Binali Yıldırım burda yaşamadığından evdə pul və bahalı qızıl-zinət əşyası olmayıb. Yıldırım bu evin həyətyanı sahəsində hobbi kimi təsərrüfat işləri ilə məşğul olurmuş. Hadisədən xəbər tutan yerli jandarm faktla bağlı araşdırmalara başlayıb və oğruların tapılması istiqamətində əməliyyat davam edir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.