Hindistanın Racastan əyalətinin Kota şəhərində dini yürüş zamanı 14 uşağı elektrik cərəyanı vurub.
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə naziri Hiralal Naqar məlumat verib.
Qeyd olunub ki, yürüşdə yaşı 14-dən az olan bir qrup uşaq iştirak edib. Faciəyə uşaqlardan birinin yüksək gərginlikli naqilə toxunması səbəb olub.
"Bu, çox acınacaqlı hadisədir. İki uşaq ağır yaralanıb, biri yanıq xəsarətləri alıb. Onlara hər cür kömək göstərmək üçün xüsusi qrup yaradılıb", - deyə nazir bildirib.
Xəsarət alan uşaqlar xəstəxanalara aparılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.