banner
banner

Sİyasət

Hökumət Milli Məclisdə toplanacaq

Hökumət Milli Məclisdə toplanacaq

Milli Məclisin yaz sessiyasında hökumətin növbəti dəfə Milli Məclisin iclasına toplaşacağı gözlənilir. Bu, ötən ilin dövlət büdcəsinin icrası ilə əlaqədar təqdim olunan hesabatla bağlıdır.

“Büdcə sistemi haqqında” Qanuna əsasən, dövlət büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Milli Məclisi və onun Hesablama Palatası həyata keçirirlər.

Bu dəfə hökumət 2023-cü ilin dövlət büdcəsinin icrasına dair Milli Məclisə hesabat təqdim edəcək.

Milli Məclisin müvafiq iclasında hesabatı, adətən, maliyyə naziri təqdim edir. Ancaq baş nazir də daxil olmaqla hökumətin digər üzvləri də iclasda iştirak edir, sual və təkliflərə cavab verirlər.

Müzakirələr zamanı Hesablama Palatasının həmin sənəd haqqında rəyi dinlənilir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun 2023-cü ilə dair hesabat tədbirində çıxışı zamanı deyib ki, qeyd olunan sənəd may ayının ortasına hazırlanacaq. 

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti bir qayda olaraq hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında öz fəaliyyəti haqqında hesabat verir.

2024-cü ilin martın 15-də Nazirlər Kabinetinin hesabatı dinlənilib.

Bildirək ki, bundan başqa, parlamentin yaz sessiyası dövründə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı da dinlənilir.

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı daxili işlər nazirinin birinci müavini təqdim edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstandadır - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.

Prezident bu qanuna dəyişiklik etdi

Azərbaycanda terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cəzalar təsdiqlənib.

Prezident bu qanunu İMZALADI

"Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

Paşinyan İlham Əliyevə təşəkkür etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan "Avropa Siyasi Birliyi"nin (ASB) İrəvanda keçirilən sammitində videobağlantı formatında iştirak etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Son dəqiqə: Putin atəşkəs elan etdi

Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, 8 və 9 may tarixlərində faşizm üzərində qələbənin qeyd olunması ilə əlaqədar atəşkəs elan edilir