banner
banner

Dünya

Avtobus uçurumdan uçdu: 35 ölü

Avtobus uçurumdan uçdu:

Çində ağır yol qəzası baş verib. Sərnişin avtobusu uçurumdan yuvarlanıb. 
"Sinxua" agentliyinin məlumatına görə, qəza ölkənin şimal qərbində, Şianyaq şəhərində baş verib. 
Avtobusun 30 metrdən aşağı düşməsi nəticəsində orada olan 45 nəfərdən 35-i ölüb. 
Beş nəfərin vəziyyəti kritikdir. 
Hələlik qəzanın səbəbi ilə bağlı heç bir açıqlama vermirlər. Amma adıçəkilən dağlıq ərazidə şiddətli küləklər baş verir. Sürücülərin əksəriyyəti də burada sürət limitinə riayət etmirlər. Nəticədə güclü külək və sürət həddi tez-tez qəzalara səbəb olur. 



Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.