ABŞ xüsusi təyinatlıları Suriya ərazisində xüsusi əməliyyat keçirib. Prezident Barak Obamanın əmri ilə həyata keçirilən böyük əməliyyat zamanı Suriyada İŞİD terrorçu qruplaşmanın liderlərindən birini Əbu Səyyaf öldürülüb. Pentaqon və Ağ Ev Əbu Səyyafın öldürüldüyü barədə açıqlama verib. Pentaqonun sözcüsü Eşton Karter bildirib ki, Suriyanın şərqində Əl Amir bölgəsində həyata keçirilən əməliyyatda Əbu Səyyafın həyat yoldaşı Umm Səyyaf da ələ keçirilib. Umm Səyyaf hazırda İraqda saxlınılır. Daha əvvəl Suriya ordusu IŞID terror qruplaşmasının 40 döyüşçüsünü öldürüb. Ölənlərdən biri terror qruplaşmasının lideri olub. ABŞ hərbçiləri təfəfindən ölən və ya yaralanan yoxdur.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.