banner
banner

Dünya

Sərhəddə helikopter vuruldu

Sərhəddə helikopter vuruldu

Türkiyə-Suriya sərhədində yaranmış gərginliklə bağlı Türkiyə hökuməti açıqlama verib.
Baş nazir Əhməd Davudoğlu Suriya sərhədində helikopterin vurulduğunu bildirib.
"Hadisə baş verəndə dərhal sonra Hava Qüvvələri komandanlığı ilə əlaqə saxladım. Hava dumanlı olduğu üçün əvvəlcə elə bilinib ki, təyyarədir. Lakin sonra məlum olub ki, vurulan helikopterdir. Suriya helikopteri 7 mil Türkiyə ərazisinə soxulub. Əvvəlcə xəbərdarlıq edilib, sonra qırıcılar onu vurublar. Kim olursa olsun, hansı məqsədlə olursa olsun Türkiyə sərhədlərini pozan istənilən helikopteri, təyyarəni vuracağıq", - deyə Davudoğlu bildirib.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri Suriya təyyarəsini vurduğu bildirilirdi. Suriyadan Türkiyə ərazisinə keçən təyyarəni Adanadan təcili şəkildə hava qaldırılan F16 qırıcıları iki raket atəşi açıb.

Açılan atəşdən sonra böyük partlayış olub. Təyyarənin Türkiyə ərazisinə düşdüyü iddia edilir. Hadisə şahidlərinin sözlərinə görə, vurulan təyyarə ən az 3 hissəyə bölünüb. Onların sözlərinə görə, təyyarə iki dəfə Türkiyə sərhədlərini pozduqdan sonra Türkiyə qırıcıları atəş açdı.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.