banner
banner

İdman

Azərbaycanın iki boksçusu yarımfinala yüksəlib

Azərbaycanın iki boksçusu yarımfinala yüksəlib

Azərbaycanın iki yeniyetmə boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.

Azərbaycan Boks Federasiyasındanverilən məlumata görə, Nihat Qasımov 48 kiloqram çəki dərəcəsində Mixael Reilli (İrlandiya) ilə qarşılaşıb. O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Səftər Məmmədzadə (+80 kiloqram) də adını yarımfinala yazdırıb. O, Boqdan Bajzerti (Polşa) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda zədələndiyi üçün həkimlər görüşün davam etməsinə icazə verməyib və üstün olan Məmmədzadə qalib elan olunub.

Hər 2 boksçumuz yarımfinala yüksəlməklə özləri üçün bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, daha öncə Aylin Nəzərova (48 kiloqram) və Əminə Tağı (52 kiloqram) da bu hüquqa yiyələnib. Yarımfinal döyüşləri bu gün keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.