banner
banner

Sağlamlıq

Bunları bilirsinizmi?

Bunları bilirsinizmi?

* Mobil telefonu sol qulağınıza qoyun.
* Gün ərzində kofeni 1 dəfədən artıq içməyin.
* Dərmanı soyuq su ilə içməyin.
* Axşam saat 5-dən sonra yemək yeməyin.
* Yağlı yeməyi çox az qəbul edin.
* Suyu daha çox səhər, daha az axşam için.
* Yüklənən mobil telefondan uzaq durun.
* Ən yaxşı yuxu vaxtı - axşam saat 10-dan səhər 6-ya kimidir.
* Dərman içəndən sonra bir muddət uzanmayın.
* Telefonun enerjisi 1 və ya 2 xətt qalıbsa, ondan istifadə etməyin. Çünki bu zaman telefonla danışanda radiasiya 1000 dəfə artıq təsir göstərir.
* Sizə istidirsə, dirsəklərinizi soyuq suya salın.
* Ayaqlarınız yorulmuşsa, sərin su ilə yuyun, sonra dabanlarınıza krem çəkin və dabandan dizə qədər masaj edin.
* Su çox içməyin - daha çox tərləyəcəksiniz, isti çay, ya da meyvə şirəsi susuzluğunuzu daha yaxşı yatırar.
* Dəri qış ərzində bir qədər solur və təravətini itirir, bunun qarşısını almaq üçün çiməndə dərini bərk sürtmək və təzadlı gah soyuq, gah da isti duş qəbul etmək lazımdır. Bu qan dövranını yaxşılaşdırır və solğunluğu aradan qaldırır.
* Xörək hazırlayarkən çatlamış əllərinizə işarası xiyar, pomidor, kartof püresi çəkməyi, kartof bişirilmiş suda əllərinizi yaxalamağı unutmayın.
* Əlləriniz çox kobudlaşmış, dırnaqlarınız sınmışsa, qızdırılmış günəbaxan yağında 10-15 dəqiqə saxlayın. Sonra əllərinizi yumayın, ancaq əski ilə silin.
* Əllər ağarsın deyə, onları boraks, ya da sirkə tökülmüş ilıq suda saxlamaq lazımdır. Qədim xalq təbabətinə görə çiy süd və ya limon şirəsi qatılmış su ilə vanna etmək yaxşı kömək edir.
* Daha bir məsləhət: sıxılmış limonu atmamışdan əvvəl onu əllərinizə çəkin. Turşuya qoyulmuş xiyarın suyunda əllərinizi vanna edin.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.