Alimlər xərçəngdən qoruyan qidaların YENİ SİYAHISINI AÇIQLADI
Paxlalı bitkilər, yaşıl çay və sarıkök xərçəngdən qoruyur. Bu məhsulların antikanserogen xüsusiyyətlərə malik olduğu sübuta yetirilib.
Cia.az xəbər verir ki, bunu Patanjali Universitetinin (Hindistan) alimləri müəyyən ediblər.
Onlar yağlı balıqların, sarıkökün, paxlalıların, turpların, tam taxılların, bəzi meyvə- tərəvəzlərin və yaşıl çayın antikanserogen xüsusiyyətlərə malik olan faydalı maddələrlə zəngin olduğunu bildiriblər.
Tədqiqatın nəticələri “Cancer Screening and Prevention” jurnalında dərc edilib.
Alimlərin tədqiqatı xərçəngin qarşısının alınması və müalicə strategiyalarının bir hissəsi kimi düzgün qidalanmanın faydalarına dair əvvəlki tədqiqatların nəticələrinə əsaslanır.
Tədqiqatın nəticələri göstərib ki, bir neçə məhsul qrupu antikanserogen xüsusiyyətlərə malikdir.
Lobya, mərcimək və yaşıl çayın tərkibində çoxlu vitamin və minerallar, həmçinin antioksidantlar - orqanizmin hüceyrələrini zədələnmədən qoruyan bitki birləşmələri var.
Tam taxıllar (qəhvəyi düyü, yulaf, tam taxıl çörəyi) liflə zəngindir, bu da kanserogenləri bədəndən çıxarmağa və qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir.
Sağlamlıq üçün əhəmiyyət kəsb edən digər bir qida qrupu yağlı balıqlardır (somon, skumbriya, sardina). Onların tərkibində çoxlu Omeqa-3 yağ turşuları var. Balıqlar iltihab əleyhinə xüsusiyyətlərə malikdir və şişlərin böyüməsinin qarşısını alır.
Brokoli, gül kələmi və Brüssel kələmi xərçəng hüceyrələrini də məhv edə bilən “sulforafan” ehtiva edir.
Sarıkök kimi bəzi ədviyyatlar iltihab əleyhinə və antibakterial xüsusiyyətlərinə görə xərçəngin qarşısını ala bilər.
Tədqiqatçılar əlavə edib ki, xərçəngə səbəb olduğu bilinən qida kateqoriyaları da var. Bunlara qırmızı və işlənmiş ətlər, alkoqollu içkilər, ultra işlənmiş qidalar, trans yağlar və əlavə şəkərlə zəngin qidalar daxildir. (Medicina.az)
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.