Prezident İlham Əliyev: Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi
Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır.
Cia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.
Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur. “Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”, - deyə Prezident diqqətə çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfər edib.
Nazirlər Kabineti "Dövlət Neft Şirkəti və MOL Vector Ltd arasında Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi"nə Azərbaycan Hökumətinin təminatı və öhdəliklərini təsdiq edib.
Məhkəmədə xəstəliyə görə cəzadan azad etmə ilə bağlı müraciətlərdə məhkumun mövqeyi onun iclasa gəlməsi, zərurət olduqda videokonfrans formatında iştirakı ilə dəqiqləşdirilməlidir.
Azərbaycanda tətbiq olunan cərimələrin məbləği ilə bağlı narazılıqlar artır. Sürücülər və piyadalar cərimələrin yüksək olmasından şikayətlənir, bəzi hallarda isə vətəndaşların borc və kredit hesabına ödəniş etdiyi bildirilir.
Səudiyyə Ərəbistanı Həcc mövsümü ərəfəsində artan izdihamın qarşısını almaq üçün yeni qaydalar tətbiq edib. Qərara əsasən, Məkkə şəhərinə giriş artıq xüsusi icazə ilə mümkün olacaq.