banner
banner

Dünya

Mer: Jurnalistlərin ipini çəkin

Mer: Jurnalistlərin ipini çəkin

Ermənistanın üçüncü şəhəri sayılan Vanadzorun (Qara Kilsə) meri sərsəm təkliflə çıxış edib və ölkənin baş nazirini jurnalistlərin ipini çəkməyə çağırıb.
Bu barədə "Jamanak" qəzeti yazıb.
Mer Samvel Darbinyan Loriyski vilayət administrasiyasında keçirilən müşavirənin gedişatında şok təkliflə çıxış edib. O, ölkənin baş naziri Ovik Abramyana müraciət edərək, yerli jurnalistlərin ipini çəkməyin vaxtının çatdığını söyləyib və deyib: "Ancaq bundan sonra "büdcəni doldurmaq" mümkün olacaq. 

Qəzet yazır ki, Samvel Dabrinyan hökumət başçısına başqa çağırışla da müraciət edib. O, baş nazirə yerli jurnalistlərə meriyanın fəaliyyəti haqqında yazmağı qadağa qoymasını xahiş edib. Onun sözlərinə görə, bu addım ona şəhər büdcəsinə maliyyə axınlarını təmin etmək imkanı verəcək.

Göründüyü kimi, bu ölkədə hələ çox belə mənzərələrin şahidi olacağıq. Diktator eşqi ilə yaşayan mer maliyyə fırıldaqlıqlarını ört-bastır etmək üçün "dolya" verdiyi baş nazirə şikayət edir. Yəni, o, ölkəsinin jurnalistlərini "sümsük itə" bənzədir və onların əl-ayağına dolaşmamaq üçün daydayısı Ovikdən kömək istəyir. Görünən odur ki, bu ölkədə hakimiyyətdə olan şəxslər onların maxinasiyalarının üstünü açan jurnalistələri susdurmaq üçün tərkibində amansız metodların, təhqirlərin də olduğu yeni vasitələrə əl atır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.