İsveçrədə 2014/2015 mövsümünün qalibi müəyyənləşib.
33-cü turda evdə "Yanq Boyz"la 0:0 bərabərə qalan "Bazel" klubu tarixində 18-ci dəfə çempionatın qızıl medallarına yiyələnib.
Bu heç-heçədən sonra turnir cədvəlində ən yaxın izləyicisi "Yanq Boyz"u 11 xal qabaqlayan "Bazel" sona üç tur qalmış rəqibləri üçün əlçatmaz olub. Bununla da, "Bazel" ardıcıl 6-cı mövsümündə çempionluq sevinci yaşayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.