Qadınlar üçün faydası olmayan testlər və analizlər
Mütəxəssislər hesab edirlər ki, həkimlərin bir çoxu xəstələrin gərəksiz analiz verməsini tələb edirlər.
Rusiyalı ginekoloq, professor Olqa Çerepanovanın fikrincə, faydasız müayinələrə simptomsuz flora testləri, hormon testləri və cinsi yolla ötürülən infeksiyalar üçün testlər daxildir.
O, gərəksiz analizlərin sadəcə pul itkisi olduğunu deyib.
“Hər şey üçün analiz vermək pul itkisidir. Profilaktika üçün flora analizi faydasız hesab olunur. Simptomlar olmadan analiz vermək yalnız cərrahi prosedurlardan əvvəl və hamiləlik dövründə lazımdır. Əgər heç bir əlamətiniz yoxdursa və cinsi partnyorunuzu dəyişməmisinizsə, cinsi yolla ötürülən infeksiyaları yoxlamağın da mənası yoxdur”, - deyə həkim bildirib.
Hormon testləri də həkim məsləhəti olmadan profilaktika üçün lazım deyil. Onlar, məsələn, menstruasiya pozuntuları üçün təyin edilə bilər.
“Patologiyanın olub-olmadığını müəyyən etmək və ya şübhələri təkzib etmək üçün testlər aparılır. Test nəticələri lazımsız narahatlığa, əsassız əlavə müayinələrə və bəzən lazım olmayan müalicəyə səbəb ola bilər”, - deyə Çerepanova yekunlaşdırıb. (lent.az)
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.