banner
banner

İdman

Yaş dəyişdirən idmançılara - SƏRT MESAJ

Yaş dəyişdirən idmançılara -

"Sərhədçi" İdman Olimpiya Mərkəzində mayın 19-dan etibarən sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək.
Çempionatdan öncə Azərbaycan bütün region və bölgələrində fəaliyyət göstərən klub və cəmiyyətlərin məşqçiləri və güləş hakimlərinin iştirak etdiyi ümumrespublika seminarı keçirilib. 
Seminarı giriş sözü ilə açan AGF-nin baş katibi Əjdər Cəfərov güləş idmanına yeni başlayan uşaqların sənədlərinin düzgün tərtib olunma və idmançıların nizam-intizam qaydaları barədə məlumat verib. O, klubların beynəlxalq yarışlarda federasiyanın icazəsi olmadan iştirakının yolverilməz olduğunu bildirib. Baş katib ölkədə güləş idman növünün daha da inkişafı üçün bütün işlərin Dünya Güləş Birliyinin qaydalarına əsasən aparıldığını və bütün klub və cəmiyyətlərin də bu qaydalara əsasən işlərini qurmalı olduğunu deyib.

O bildirib ki, idmançıların qanunsuz olaraq yaş dəyişdirməsinin qarşısı Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq alınacaq. Qanunsuz yaş dəyişdirilməsi prosesi idmanda çox ciddi bir problemdir. Dünyanın bütün ölkələrində belə hallara rast gəlinir. Məhz buna görə Dünya Güləş Birliyi bu prosesin qarşısını almaq üçün bütün milli federasiyalar qarşısında tələb qoyub. Azərbaycan qanunvericiliyində də bu məsələ birmənalı olaraq qadağan edilib. İstənilən halda güləşçilərin yaş dəyişdirməsi yolverilməzdir və belə bir halla rastlaşacağımız təqdirdə biz bunun qarşısını qanun çərçivəsində alacağıq. Ona görə də, məşqçilərdən işlərini qanun çərçivəsində qurmaları xahiş və tələb olunur. 

Sonra Türkiyədən dəvət olunmuş təlimçi-mütəxəssis, Dünya Güləş Birliyi elm departamentinin üzvü Ramazan Savranbaşı Avropa və dünya çempionatlarında yeniyetmə və gənclərin nailiyyətləri ilə onların böyüklər yaş qrupundakı nailiyyətlərinin statistik təhlili və müxtəlif yaş qruplarında güləş idman növünün tədrisi və məşq planlaması mövzusunda çıxış edib. Fotoşəkillər və video görüntülərdən hazırlanmış slaydlar üzərində fikir mübadiləsi aparılıb.











Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.