Ukrayna ordusu son bir gündə itki verib. Bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin rəhbəri polkovnik Andrey Lısenko açıqlama verib. Onun sözlərinə görə, son bir gün ərzində Ukraynanın şərqində iki əsgərin həlak olub, 4 nəfər isə yaralanıb. Lısenko bildirib ki, atəşkəs elan olunmasına baxmayaraq Rusiyameyilli separatçılar Ukrayna ordusunun qüvvələrini atəşə tutur. Andrey Lısenko Ukrayna ordusunun bundan əvvəl ölkənin şərqindəki təmas xətti yaxınlığında 2 Rusiya əsgərinin əsir götürüldüyünü xəbər verib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.