Sevgilisini öldürən qadın: “Qəlbimi parçaladın, mən də sənin ürəyini”
Amerikada dəhşətli cinayət baş verib. Gənc qadın sevgilisini xəyanətə görə evində görünməmiş vəhşiliklə öldürüb. Evdə duş alan 30 yaşlı Travis Alexander adlı kişi qəfildən gözlənilməz qonaqla qarşılaşır. Travis Alexander 3 gün əvvəl dalaşaraq ayrıldığı 27 yaşlı Jodi Ariası qarşısında görür. Qadın əlində tutduğu telefon vasitəsilə Travisin şəklini çəkir. Daha sonra qadın sevgilisinə 27 bıçaq zərbəsi vurub. Sonradan çantasından çıxardığı silahla Travisin ürəyindən 3 dəfə güllələdi. Qəzəbini boğa bilməyən Jodi sevgilisinin başını kəsib. Daha sonra başı vanna otağında çəkiclə parçalayıb. Jodi Ariası öldürməmişdən əvvəl çəkdiyi fotonu paylaşaraq, şəkilin altında belə şərh verib: “Əgər xəyanət etməsəydin, indi başın üstündə olardı. Sən mənim qəlbimi parçaladın, mən də sənin ürəyini”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.