Azərbaycanda əhalinin banklara nə qədər kredit borcu var?
Bu ilin yanvarın 1-nə Azərbaycanda bankların istehlak kreditlərinin həcmi 8,4 milyard manat təşkil edib.
Cia.az xəbər verir ki, bu, bir ay əvvələ nisbətən 22,1 milyon manat və ya 0,3%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 1,5 milyard manat və ya 21,7% çoxdur.
Bu o deməkdir ki, Azərbaycanda əhalinin banklara olan borcunun həcmi son bir ayda 22,1 milyon manat (0,3%), son bir ildə isə 1,5 milyard manat (21,7%) artıb.
Bundan başqa, hesabat dövründə bankların ipoteka kreditlərinin həcmi 4,2 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 46,9 milyon manat və ya 1,1%, 2024-cü ilin əvvlinə nisbətən isə 616,3 milyon manat və ya 17% çoxdur.
Qeyd edək ki, bu ilin yanvarın 1-nə Azərbaycanda bankların kredit portfeli 0,4% və ya 109,5 milyon manat artaraq 27,5 milyard manat olub.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53,8% (14,787.2 mln. manat);
ıı) istehlak kreditləri – 30,7% (8,445 mln. manat)
ııı) ipoteka kreditləri – 15,5% (4,245.5 mln. manat).
Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4,3 milyard manat (o cümlədən, biznes kreditləri 2,170.4 mln. manat, istehlak kreditləri 1,508 mln. manat, ipoteka kreditləri 616,4 mln. manat) artıb.
Cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,3 faiz bəndi azalaraq 1,5% təşkil edib.
Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.