banner
banner

Dünya

Ərəblərin hücumu səngimir

Ərəblərin hücumu səngimir

Yəmənin Ənsarullah Hərəkatı BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhmədə məktub göndərib.
Yaxın Şərq KİV-lərinin verdiyi xəbərə görə, Ənsarullah Hərəkatının müzakirələrdəki nümayəndəsi Mehdi əl-Məşat Şeyx Əhmədə göndərdiyi məktubda Səudiyyənin Yəmənə qarşı hücumlarının atəşkəsə baxmayaraq davam etdiyini qeyd edərək hücumları pisləyib.

Həmin məktubda, həmçinin Əl-Qaidə ünsürlərinin terror hücumlarının nəticələri ilə istefa verrərək qaçmış prezident Hadiyə bağlı silahlı şəxslərin hücumlarına da toxunularaq bu hücumlar barədə xəbərdarlıq edilib.

Həmçinin Səudiyyənin Yəməndə həyata keçirdiyi hücumlarda bu ölkəyə insan tələfatı, həm maddi və mənəvi zərərlər vurulduğu qeyd olunaraq BMT və beynəlxalq ictimaiyyətdən Yəmənlə bağlı öhdəliklərini yerinə yetirmələri tələb olunub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.